• 4 May 2024
logo
Güneyli jurnalist həbs edilib

Güneyli jurnalist həbs edilib

Ərdəbil şəhərindən olan jurnalist və sosial media fəalı Sina Bəndəlizadə həbs edilib.
Bu barədə yerli sosial media kanalları məlumat yayıb.

Təhlükəsizlik məmurlarının jurnalisti yanvarın 15-də həbs edərək naməlum yerə apardıqları bildirilib.

Sina Bəndəlizadənin nədə ittiham edildiyi barədə məlumat əldə etmək mümkün olmayıb.

Qeyd eək ki, Sina Bəndəlizadə bundan əvvəl Ərdəbildəki problemləri işqılandırdığı və məsulların fəaliyyətsizliyini tənqid edən yazılarla çıxış edib.

Bununla yanaşı, o, Germi və Biləsuvarda meydana gələn sel, Xoyda baş verən zəlzələ və təbii fəlakətdən əziyyət çəkən azərbaycanlıların acınacaqlı durumu ilə bağlı sosial media kanallarında pylaşımları ilə məşhurlaşıb.

Gunaz.tv