• 3 May 2024
logo
Əməkdar jurnalist komaya düşdü

Əməkdar jurnalist komaya düşdü

Uzun müddətdir müxtəlif xəstəliklərdən, o cümlədən ayaqlarındakı problemdən əziyyət çəkən əməkdar jurnalist Rəhman Məmmədzadə (Orxan) bu dəfə Sumqayıtdakı 2 nömrəli Xəstəxanaya yerləşdirilib.

Baymedia.az Unikal.az-a istinadən xəbər verir ki, jurnalistin komaya düşdüyü bildirilir.

Qeyd edək ki, Rəhman Orxan uzun illər “Vışka” qəzetinin xüsusi müxbiri işləyib. “Bakinets” qəzetinin təsisçisi və baş redaktoru olub.

Dağlıq Qarabağ mövzusuna, xalqımızın erməni faşizminə qarşı apardığı ədalətli mübarizəyə həsr olunmuş yazılarına və jurnalist hüquqlarının müdafiəsinə görə 1993-cü ildə Osman Mirzəyev adına Respublika mükafatına layiq görülüb.

2001-2013-cü illərdə “Azərikimya” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışıb.

Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Bir neçə kitabın müəllifi və redaktorudur.

Prezident İlham Əliyevin 4 oktyabr 2016-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adı verilib.