• 4 May 2024
logo
Prezident seçkilərini işıqlandırmaq üçün 23 beynəlxalq media qurumu müraciət edib

Prezident seçkilərini işıqlandırmaq üçün 23 beynəlxalq media qurumu müraciət edib

Növbədənkənar prezident seçkilərinə xarici medianın marağı böyükdür.

APA-nın xəbərinə görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov bildirib.

O qeyd edib ki, indiyədək Yaponiya, İtaliya, Almaniya, Türkiyə, Rusiya və digər ölkələrdən 23 media qurumunun 61 əməkdaşı seçki prosesinin işıqlandırılması üçün müraciət edib.