ABŞ-nin dövlət katibi, faktiki ölkənin idarəçiliyi icra edən dövlət katibi A.Blinken Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Hər kəsə soyuqqanlı və sərt davranan Amerikanın, Azərbaycana “həssaslığı”, diqqət edilsə, əslində vacib və önəmli söz sahibi qarşısında hesabata daha çox bənzəyirdi. Amerika Qafqazda puls yoxlama siyasəti həyata keçirir. Bu məqsədlə aprelin 5-ə Aİ-ABŞ-Ermənistan, üçtərəfli görüşmöəsini təşkil edib. Eyni zamanda dəqiq bilir, artıq Azərbaycan olmadan heç kim Cənubi Qafqaza bağlı qərar verə bilməz. Bu regionda, Gürcüstan, İran, Ermənistan üzərindən qurulan onlarla planın iflasından sonar dünya dövlətlərinə dəqiq bəllidir. İndi əlac diplomatik hədələrə qalır. Məsələn, 5 aprelə təyin edilən görüş tipli məkirli tədbirlər keçirməyə. Ancaq Azərbaycan XİN 27 mart bəyanatı ilə bu görüşün mahiyyəti haqda məlumatlı olduğunu göstərib. Odur ki, A. Blinke Xəzər dənizində yeganə müttəfiqi, yeni geosiyasi dünya düzənbində sözünə dəqiq tək dövlətin, Azərbaycanın dövlət başçısına hesabat vermək məcburiyyətində qalıb, bildiri ki, müzakirə mövzusu iqtisadi əməkdaşlıq olacq və hər hansı narahatlığa əsas yoxdur.
Yaxın otuz, uzaq iki yüz ilin təcrübəsi deməyə əsas verir ki, 1919-cu ildə okenanın o tayından Cənubi Qafqaza gəlib, Azərbaycan ərazisi, Naxşıvanda, canişinlik qurmaqla, müttəfiqlərinə soyuq savaş açmış ABŞ başda olmaqla Qarabağı işğaldan azad edən Azərbaycanın birmənalı olaraq dünya dövlətlərinə inanması sıfırın altındadır.
Artıq Azərbaycan yaxşı bilir ki, 2020-ci ilədək regiona təsir imkanı olan güclər yeni geosiyasi reallıqlarla barışa bilmir və “mənim deyilsə, məhv olsun” prinsipi ilə davranırlar.
Onlar prosesə reaksiyasız İran, Qərbpərəst görünən bu günki Gürcüstan, çarəsiz Ermənistan üzərindən yeni və qara layihələr planlayırlar. Və bu mənada ABŞ-nin dövlət idarəçisi olan A.Blinkenin zəngini zaman qazanmaq cəhdi də adlandırmaq olar.
Eyni zamanda A.Blinkenin vəziyyəti şəxsən izah etmək üçün zəngi Prezident İlham Əliyevin qlobal müstəvidəki nüfuzundan xəbər verir. Onun dünya üçün siyasi çəkisinin göstəricisidir. Amerika İlham Əliyevin 5 aprel görüşünün mahiyyəti və görünməyən tərəfləri haqda müfəssəl məlumatlara sahib olduğunu dəqiq bilir. A.Blinkenin həyəcanlı zəngi isə bu məlumatların ictimailəşməsi üçün ytərli əsasdır. Artıq sirr deyil ki, 5 aprel yaradılışından bəri Rusiya “əyaləti” olan Ermənistanın indi də Fransa başda olmaqla, Qərbin savaş meydanına çevriləcək. Ukraynada olduğu ki, Ermənistanda da Amerika Rusiya ilə savaşmağa hazırlaşır. Eyni zamanda Ermənistanda başayacağı savaşla Cənubi Qafqazda Azərbaycanı də zəif düşürməyi hədəfləyir. Odur ki, öz sərhədindən baş verənlərə İranın susqunluğu, Gürcüstanın arxayınlığı da maraq doğurur. Halbuki Cənubi Qafqazda cərəyan edən geosiyasi oyunlarda hər iki dövlət Azərbaycanla çiyin-çiyinə durmalıdır. Bu baş verdiyi halda, ABŞ-nin başlamnasında maraqlı olduğu üçüncü dünya savaşı mümkünsüz edəcək. Üstəlik dünyanın yeni geosiyasiyasi bölgüsü Qafqaz dövlətləri, xalqları üçün uğurla yekunlaşacaq. Bu yöndə Azərbaycan Prezident Qarabağın işğaldan azadlığına nail olmaqla ən mühim işi görüb. Qarabağ qələbəsi ilə Cənubi Qafqazda ikinci erməni dövlətinin yaranması planını sıradan çıxıb. İndi çaşmış dünya həm Azərbaycanla hesablaşmağa, həm də ona hesabat verməyə məcburdur. Və Azərbaycan dəqiq bilir. Bu gün ABŞ-ın nə Ermənistana, nə İrana, nə də Gürcüstana dövlət, milli təhlükəsizlik məsələsində hər hansı qarantı yoxdur. Qalır bunu bilən, adıçəkilən ölkələrin, özünün qətiyyətli davranmağa qərar verməsi...
Jalə Mütəllimova