ABŞ Dövlət katinin, Avropa Komissiyası Prezidentinin və Ermənistanın baş nazirinin iştirakı ilə Brüsseldə keçirilən görüşün ətrafında Azərbaycanın prinsiplial mövqeyi nəticəsində gözlənilən ajiotajın yaradılması mümkün olmasa da, mümkün məxfi razılaşmalarla bağlı məqamlar, çox güman ki, yaxın günlərdə aydın olacaq.
Lakin Brüsseldə əldə olunan razılaşmaların ictimai rəyə təddim olunan məqamları da, görüşün Azərbaycanın və Cənubi Qafqazda iş birliyinin əleyhinə olduğunu düşünməyə əsas verir. Hədəf bölgədə ayırıcı xətlərin yaradılmasından, Azərbaycanın mümkün qədər təxrid edilməsindən, bölgənin kommunikasiya sisteminin Ermənsitanın və himayəçilərinin maraqları müstəvisində yenilənərək, süni asılılıq yaradılmasından ibarətdir.
Bu sözləri “XC”-yə açıqlamasında millət vəkili Azər Kərimli deyib. Pnun sözlərinə görə, Brüssel görüşünün, hələlik bəlli olan detallarının özü belə sübuta yetirir ki, Azərbaycanın haqlı olaraq, narazılığını dilə gətirib və baş verənlər region üçün cızılan yeni planın gələcəkdə böyük fəlakətə, həlli uzun illər mümkün olmayan problemlərin ortaya çıxmasına zəmin yarada bilər:
“ABŞ və Aİ Azərbaycanı narahatlığının qarşılığında ölkəmizi əmin etmək istəyirdilər ki, Ermənistanla bağlı həyata keçirilməsi nəzərdə tutulan tədbirlər üçüncü tərəfə yönəlməyib. Lakin bu iddialar Azərbaycanı qəbul etmir və etməsi mümkün də deyil. Vaşinqtonun və Fransa başda olmaqla, Avropa İttifaqına üzv olan bəzi dövlətlərin Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinə münasibətdə sərgilədikləri davranışlar, Ermənsitanın siyasi gündəmindən “çıxarışlar” etməklə ölkəmizə qarşı aparılan çirkin təbliğat, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının qərəzli qətnamə və çağırışları, bütövlükdə isə 32 illik bir zaman kəsiyində Azərbaycan xalqına, dövlətinə münasibətdə sərgilənən ədalətsiz münasibət etimad limitini tükədib və rəsmi Bakının verilən vədlərə inanması, etimad göstərməsi mümkün deyil. Azərbaycan çox yaxşı başa düşür ki, Ermənistanı Cənubi Qafqazda bir silahlı forpost kimi “yenidən qurmaq” cəhdləri gələcəkdə çox böyük fəsadlara yol aça bilər və bu təhlükənin qarşısı alınmalı, bölgənin inkişafı kənar müdaxilələrin iştirakı olmadan təmin edilməlidir”.