• 4 May 2024
logo
Azərbaycanın növbəti böyük siyasi və diplomatik uğuru

Azərbaycanın növbəti böyük siyasi və diplomatik uğuru

Rusiya sülhməramlı kontingent Azərbaycandan çıxır

Qeyd edək ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə məlumatla əlaqədar AZƏRTAC-ın sualını cavablandırarkən deyib: "2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanılıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər".
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress” agentliyinə bildirib ki, Qarabağdan Rusiya sülhməramlılarının karvanı Ermənistanın Sünik rayonunun Gorus və Sisiandakı müvəqqəti dislokasiya məntəqələrinə yollanıb.
“Ermənistan hökuməti Gorus və Sisianda Rusiya sülhməramlı birləşmələrinə müvəqqəti dislokasiya məntəqələri ayırıb. Laçın dəhlizinin normal fəaliyyətini təmin etmək üçün yer də seçilib. Rusiya sülhməramlı qoşunları Qarabağı tərk etdiyinə görə, təbii ki, onlar Ermənistanda da qala bilməzlər. Qarabağdan gələn sülhməramlılardan ibarət qrup və konvoy onların bağlanması üzrə işlərin təşkili üçün Gorus və Sisiandakı müvəqqəti dislokasiya məntəqələrinə yollanıb”, – o qeyd edib
Rusiya Dövlət Dumasının Müdafiə komitəsinin sədr müavini Aleksey Juravlyov Rusiya sülhməramlı kontingentinin Azərbaycandan vaxtından əvvəl çıxarılmasına münasibət bildirərkən deyib ki, hazırda Qarabağda sülhməramlılar lazım deyil.
Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Qarabağda missiyasının başa çatdığını demək olar:“Dinc sakinləri qorumaq mümkün oldu, onlara yardım göstərildi. Hazırda sülhməramlılar lazım deyillər, çünki Qarabağda qarşı-qarşıya olan tərəflər yoxdur. Qarabağın Azərbaycana mənsub olması isə heç kimdə şübhə doğurmur”.
Mövzu ilə bağlı politoloq Vüqar Dadaşov "Xalq Cəbhəsi"nə deyib ki, aprelin 17-də Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması rəsmi qaydada elan edilməsi, aprelin 19-da da Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilməsi bir-birilə bağlı və ardlcıl proses olaraq sözsüz ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat, 22.04.2023-cü il tarixdə Laçın yolunda postun qurulması, 20 sentyabr 2023 tarixdə qondarma reyimin buraxılmasına məcbur edilməsindən sonra, Azərbaycan dövlətinin böyük siyasi və diplomatik uğuru kimi, regionun məzərəsinə təsir edən, daha doğrusu regionun beynəlxalq münaqişə, çəkişmə poliqonuna çervilməməsi üçün edilən strateji gedişdir: "Qərb, İran, Hindistan xüsusən də Fransanın güclü müdaxiləsi ilə Ermənistan Azərbaycan münasibətlərinin son dərəcə gərginləşməsi, vəziyyətin kulminasiya həddinə çatması, ciddiliyi həm Rusiya və həm də Ermənistan üçün ağır nəticələr vəd edirdi. Bir növ Rusiya sülhməramlılarını Azərbaycandan çıxarmaqla özünə qarşı Cənubi Qafqaz cəbhəsinin yaranmasından, Ermənistan isə 4 kəndi qayrarnaqla dövlətçiliyinə ciddi təhlükədən müəyyən mənada uzaqlaşa bildi".
O, qeyd edib ki, Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması barədə qərarın qəbul edilməsi, həm də onu sübut edir ki, Rusiya Cənubi Qafqazda mövcydluğunu ancaq Ermənistan vasitəsi ilə təmin etmək məcburiyətundədir. Hansı ki, Rusiyanın Ermənistanda mövcudluğu beynəlxal hüquqa görə də leqitimdir. Artıq tam əminliklə demək olar ki, Rusiyanın Ermənistandan da çıxması Cənubi Qafqazdan çıxmaq, yəni bütünlüklə Cənubi Qafqazı itirmək deməkdir. Ona görə də Rusiyanın Ermənistandan çıxması mümkünsüzdür: "Rusiya ordusunun Ermənistanda yerləşmə səbəbi Ermənistanın təhlükəsizliyi və həm də NATO üzvü Türkiyə qarşı hesablandığı halda, indiki vəziyyətdə Ermənistan Azərbaycan və Türkiyə arasında mümkün sülhün real göründüyü, Rusiyanın Türkiyə və Azərbaycanla strateji əməkdaşlığı fonunda, Rusiyanın Ermənistanda mövcudluğuna ehtiyac qalmasa da, Rusiya Ermənistan dövlətçiliyinin sahibi kimi, öz yerinə Qərb qüvvələrini buraxan deyil. Sözün həqiqi mənasında Ermənistan dövlətçiliyi böyük sual altına düşüb".
Politoloq Məhəmməd Əsədullazadənin fikrincə, ABŞ Qarabağda Rusiya sülhməramlı qüvvələrinin çıxarılmasının əleyhinədir. ABŞ Rusiya sülhməramlı qüvvələrinin Qarabağdan çıxarılmasına qəribə və riyakar mövqe ortaya qoyub. Vaşinqton Rusiya sülhməramlı qüvvələrinin Qarabağdan çıxmasına mənfi münasibət bildirməklə, bir növ onların getməsinə təssüflə qarşılayıb. Rusiyani ittiham edib.
Onun sözlərinə görə, Vaşinqton Ermənistandan Rusiyanı çıxarmaq üçün Avropanın kəşfiyyat qrupunun bu ölkədə Gürcüstanı Rusiya ilə müharibəyə sövq etdi. Cənubi Qafqaz uğurunda Rusiya ABŞ rəqabəti Ermənistanda az qala hərbi qarşıdurma səviyyəsinə çatıb. Azərbaycan Rusiyanın sülhməramlı qüvvələrini Vaşinqton bunun üçün Azərbaycanı alqışlamaqdan, Azərbaycanı iddiham edir. Azərbaycan yeganə ölkədir ki, regionda Rusiyanın tam hərbi təsirindən çıxıb. Bu Qərbin geosiyasi maraqlarına cavab verir. Amma, Vaşinqtondan verilən açıqlama Azərbaycana qarşı mənfi münasibətin olduğunu görürük: "Bəs, ABŞ, Rusiyanın regiondan getməsini istəmirdi?! Azərbaycan bunu etdi. Deməli, ABŞ Cənubi Qafqaz siyasətində səmimi deyil. Azərbaycan nə Vaşinqtona, nə də Moskvaya etibar etməlidir. ABŞ tərəfindən verilən açıqlamanın mahiyyəti Azərbaycanı Rusiyanın təsirində əbədilik qalmasını özündə ehtiva edir. Ağ Ev üçün Rusiya sülhməramlı qüvvələrinin Qarabağda qalması, "Azərbaycan Rusiya ilə birgə hərəkət edir" kimi siyasət ortaya qoyaraq təsir aləti kimi istifadə edəcəkdi. Vaşinqtona müstəqil siyasət yürüdən Azərbaycan lazım deyil. Göründüyü kimi, Vaşinqtona Ermənistan kimi satallet dövlət lazımdır".
Politoloq Elşən Manafov qeyd edib ki, sülhməramlılar Dağlıq Qarabağın infrastukturu və ya erməni əhalisinin sosial,enerji təhlükəsizliyi ilə problemlərin həllinə cəlb edilmiş,Azərbaycan tərəfi isə sülhməramlıların missiyasına aid olmasa da onların bu fəaliyyətinə anlaşıqlı şəkildə yanaşmışdır: "Rusiyanın sülhməramlı hərbi kontingenti 2020-ci ilin 10 noyabrında Rusiyanın moderatorluğu ilə Azərbaycan və Ermənistan arasında atəşkəsin bərpa edilməsi haqqında üç tərəfli bəyanatın şərtlərinə əsasən münaqişə bölgəsinə yeridilmişdi.Atəşkəsə nəzarət ,təhlükəsizliyi təhdid edə biləcək hadisələrin qarşısının alınması,sabitliyin qorunması və s. sülhməramlıların əsas vəzifələrindən idi.Azərbaycana aid Dağlıq Qarabağda Ermənistana aid olan və qeyri-qanuni şəkildə burada qalan silahlı birləşmələrin ərazidən çıxarılması da sülhməramlılarin vəzifələrindən idi.Ermənistanın Rusiya və KTMT-ni ilə munasibətlərində Qərbin maraqlarına işləyəcək tendensiyaların yaşanmasına yol verməmək üçün Rusiya sülhməramlılarının bununla bağlı işi ləngimişdir.Hətta buna baxmayaraq Ermənistan sülhməramlıların öz işinin öhdəsindən layiqincə gəlməməsi,bir sıra hallarda Azərbaycan tərəfinin xeyrinə tərəfkeşliyə ilə bəyanatlarla çıxış etmişdir.Halbuki,sülhməramlılar Dağlıq Qarabağın infrastukturu və ya erməni əhalisinin sosial,enerji təhlükəsizliyi ilə problemlərin həllinə cəlb edilmiş,Azərbaycan tərəfi isə sülhməramlıların missiyasına aid olmasa da onların bu fəaliyyətinə anlaşıqlı şəkildə yanaşmışdır.Keçən ilin sentyabrında Rusiyanın sülhməramlılarını xəbərdar edərək Azərbaycan Dağlıq Qarabağdakı qeyri-qanuni hərbi birləşmələrin zərərsizlışdirilməsi və separatçı rejimin fealiyyətinə son qoyulması məqsədilə burada antiterror əməliyyatı keçirmiş,nəticə etibarilə dövlətin bu ərazilərdə də ərazi bütövlüyü bərpa edilmişdir. Rəsmi Bakının Qarabağdakı erməni icmasına reinteqrasiya ilə bağlı təkliflərinə baxmayaraq,ermənilər Dağlıq Qarabağı könüllü şəkildə tərk edib köçmüşdülər.Hadisələrin belə axarından sonra sülhməramlıların fəaliyyətinə olan əvvəlki zərurət aradan qalxmış,tərəflər arasında əldə edilmiş razılıqlara görə sülhməramlılar dislokasiya olduqları mövqeləri vaxtından əvvəl tərk edib getməyə qərar vermişlər. Moskva özü buna tərəflər arasında yüksək etimadın olması konteksindən yanaşmış və qiymətləndirmişdir".
Cənubi Qafqazın xarici qüvvələrdən azad region kimi, öz təhlükəsizliyini tam təmin etmək imkanına malikdir. Əlbəttə ki, regionda Azərbaycan Türkiyə birliyi əsas şərt və faktordur. Gürcüstan, Ermənistan bu təhlükəsizlik çətirində özünə yer edə bilər.

Cavid