• 18 May 2024
logo
Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub

Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub

“Azərbaycan növbəti dəfə mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir. Mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Forumun açılış mərasimində iştirak edən Ölkə Prezidenti İlham Əliyev xüsusi qeyd etdi ki, tədbirdə 110 ölkədən nümayəndənin iştirak etməsi bir daha Forumun çox mühüm beynəlxalq platforma olduğunu təsdiq edir.

Ölkə Prezidenti cənab İlham Əliyev nitqində bir daha qeyd etdi ki, bu Forumun əsasında duran “Bakı Prosesi” mədəniyyətlərarası dialoqu təşviq edir və Azərbaycanın bu təşəbbüsü ziyalıları, siyasətçiləri, bu və ya digər sahədə qərar qəbul etmək səlahiyyətinə sahib olan insanları, media nümayəndələrini, vətəndaş cəmiyyətinin nümayəndələrini bir araya gətirir. Bu gün, dünyada yeni münaqişə ocaqlarının, qeyri-sabitlik məkanlarının getdikcə çoxaldığı, yeni təhdidlərin artdığı bir dövrdə əlbəttə ki, ölkələrarası, xüsusən də sivilizasiyalararası dialoq və müzakirələrin aparılması zərurəti özünü daha qabarıq şəkildə büruzə verir. Dövlət başçımızın dediyi kimi, bu məsələlərin həllində Azərbaycanın öz təcrübəsi vardır. İkinci bir tərəfdən isə, Azərbaycan əsrlər boyunca müxtəlif mədəniyyətlərin qovuşduğu, müxtəlif dinlərin yanaşı mövcud olduğu məkan olub. Ölkəmizin coğrafi mövqeyi, Şərq ilə Qərb arasında yerləşməsi bu müsbət tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm ümumbəşəri dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub və inkişaf etdirib. Bu gün də müasir müstəqil Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar.

Bu gün ölkəmizin prinsipial olaraq qətiyyətlə mübarizə apardığı neqativ tendensiyalardan biri də neokolonializmdir. Azərbaycan xüsusilə Qoşulmama Hərəkatına sədrlik etdiyi dörd il ərzində yeni müstəmləkə tendensiyalarına qarşı mübarizə aparılması zərurətini ən fəal şəkildə təşviq etmişdir. Öz çıxışında cənab Prezident İlham Əliyev bu mühüm məsələ ilə bağlı bir daha dövlətimizin birmənalı mövqeyini ortaya qoyaraq bildirdi ki, XXI əsrdə bəzi Avropa ölkələrinin digər xalqlara müstəmləkə kimi yanaşması yolverilməzdir və buna qətiyyən imkan vermək olmaz.

Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi müddət ərzində yeni müstəmləkə tendensiyalarına qarşı mübarizəni hər zaman təşviq etdiyini diqqət mərkəzinə çəkdi. Qeyd olundu ki, həmin Təşkilatın üzvlərinin əksər hissəsinin çox ağır, qaranlıq müstəmləkə tarixçəsi olub və buna qarşı mübarizənin aparılması ədalət naminə və beynəlxalq hüququn təmin edilməsi üçün aparılan mübarizədir. Cənab Prezident bir daha öz siyasi iradəsini və qətiyyətini nümayiş etdirərək XXI əsrdə bəzi Avropa ölkələrinin digər xalqlara müstəmləkə kimi yanaşmasının yolverilməz olduğunu bəyan etdi.

Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin bu istiqamətdə yürütdüyü uğurlu siyasət nəticəsində hazırda Azərbaycanda tarixən bərqərar olmuş tolerant cəmiyyət mövcuddur və heç bir milli, dini ayrı-seçkiliyə yol verilmir. Məhz ölkəmizin sivilizasiyalararası dialoqların keçirildiyi baş ünvana çevrilməsi də burada var olan tarixi, coğrafi, mədəni əsaslara dayanır.

Etibar Əhmədov
Xətai rayon İcra Hakimiyyət
i