• 20 May 2024
logo
Sərhəddə bu ərazi Ordumuzun nəzarətinə keçdi

Sərhəddə bu ərazi Ordumuzun nəzarətinə keçdi

Məndə olan məlumatlara görə, Ermənistan ordusunun Tavuş istiqamətində dayandığı əlverişli mövqelər Azərbaycan ordusunun nəzarətinə keçib. Bu mövqelər bizə yüksək taktiki-strateji üstünlüklər verirdi. Həmin mövqelər Ermənistan tərəfindən minalardan təmizlənərək, təhvil verilib.

Baymedia.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə erməni hərbi ekspert Van Hambardzumyan deyib.

Onun sözlərinə görə, Azərbaycan bir güllə belə atmadan bu mövqeləri nəzarətə götürdü:

“Hazırda həmin istiqamətdə Azərbaycan ordusu bütöv bir dağ silsiləsinin başında mövqelənib. Fikrimcə, baş verənlər kapitulyasiyadır. Əslində Azərbayca tezliklə anklavlara yaxınlaşacaq. İndi proses sərhəd bölgəsində gedir, lakin 4 kəndin qaytarılması hər şeyin bitməsi yox, başlanmasıdır”.