Artıq 10 gündür ki, Ermənistan Respublikasının sərhəd qoşunları Bağanis-Voskepar bölgəsində xidmətdədir. Yəni dirəklər quraşdırılandan sonra ora sərhəd qoşunları yerləşdirilib.
Baymedia.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, sərhədçilər daimi xidməti həyata keçirmək üçün yeri öyrənirlər.