Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında pensiya təminatı haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu imzalayıb.
Sənəddə deyilir:
“Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında pensiya təminatı haqqında” 2019-cu il noyabrın 6-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.