• 8 Sentyabr 2024
logo
AB Ermənistana silah üçün pul ayırdı – İlk dəfə

AB Ermənistana silah üçün pul ayırdı – İlk dəfə

Avropa Sülh Fondundan Ermənistana 10 milyon avro ayrılması ilə bağlı qərar rəsmən təsdiqlənib.

Baymedia.az xəbər verir ki, bu barədə erməni Teleqram kanalları məlumat yayıb.

Qərar Avropa Birliyi-Ermənistan tərəfdaşlığı çərçivəsində qəbul edilib.

Rəsmi İrəvana dəstək üçün ayrılan yardımın məqsədi Ermənistan ordusunun maddi-texniki imkanlarını artırmaqdır.

Qeyd edək ki, bu, Avropa Sülh Fondundan Ermənistana ayrılan ilk rəsmi hərbi yardımdır.