• 8 Sentyabr 2024
logo
Azərbaycanla sərhədə 150 metrlik hasar çəkildi

Azərbaycanla sərhədə 150 metrlik hasar çəkildi

Qazax-Tavuş sərhədinin Kirants kəndindən keçən hissəsində Ermənistan tərəfi sərhədə hasar hörülməsi işini tamamlayıb.

Baymedia.az xəbər verir ki, erməni mediası hasarın uzunluğunun 150 metr, hündürlüyünün 3 metr olduğunu yazıb.

Qeyd edilib ki, Azərbaycan sərhədçiləri artıq hasarın yaxınlığında postlar qurublar.