• 30 Dekabr 2024
logo
Almatı bəyannaməsindən başqa prinsiplərin müzakirəsi…

Almatı bəyannaməsindən başqa prinsiplərin müzakirəsi…

Azərbaycanla sərhədin delimitasiyası məsələsində Almatı bəyannaməsindən başqa prinsiplərin mövcudluğu müzakirə olunmur.

Baymedia.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sentyabrın 9-da keçirilən mətbuat konfransında deyib.

“Mən danışıqlar etiketini pozmamaq üçün irəli gedib, detalları açıqlamaq istəmirəm, lakin başqa prinsiplər müzakirə olunmur", - Mirzoyan bildirib.