Komitə sədri: Ermənistanda Azərbaycan türklərinə və İslama aid minlərlə mədəniyyət ocağı dağıdılıb
Ermənistanın Azərbaycana qarşı təcavüzü, eyni zamanda İslama qarşı qərəzli mövqeyi bu ərazidə İslama aid mədəniyyət nümunələrinin tədricən məhvinə səbəb olub.
Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakıda keçirilən "İslam Sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpoziumunda deyib.
Onun sözlərinə görə, İslam Qafqazda yayıldığı dövrdə İrəvanda xanlığında (hazırkı Ermənistan ərazisi) da məscidlər olub. Hesablamalara əsasən, Ermənistanda Azərbaycan türklərinə və İslama aid minlərlə mədəniyyət ocağı dağıdılıb.
M.Qurbanlı əlavə edib ki, sovet dövründə dinə qarşı olan təzyiqlər bu sahədə bir boşluq yaratmışdı, islami dəyərlər, dinlə bağlı fikirlər arxa planda idi:
"Qafqazda İslam sivilizasiyasının yayılmasında Qafqaz Müsəlmanları İdarəsinin özünəməxsus rolu olub. Lakin bu proses yalnız müstəqillik illərindən sonra geniş həyata keçirilməyə başlanılıb. Azərbaycan müstəqilliyini yeni əldə edəndə ölkədə yalnız 17 məscid fəaliyyət göstərirdi. İndi isə Azərbaycanda 2500-dən çox məscid var".
Digər xəbərlər
14 Sentyabr 2025 11:06
245
13 Sentyabr 2025 21:59
371
12 Sentyabr 2025 09:28
805
11 Sentyabr 2025 16:16
973
11 Sentyabr 2025 15:43
903
11 Sentyabr 2025 11:19
938
11 Sentyabr 2025 11:16
966
10 Sentyabr 2025 14:02
3 507
10 Sentyabr 2025 12:19
1 148
9 Sentyabr 2025 11:49
5 320
9 Sentyabr 2025 10:42
1 372
9 Sentyabr 2025 10:41
1 302