“Normativ hüquqi aktlar” haqqında konstitusiya qanununa görə, normalar yaradılarkən linqvistik tələblərə əməl olunmalıdır. Orada da ədəbi dilimizin rəsmi işgüzar üslubu təmin olunmalıdır”.
Bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Poçt haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanunun layihəsinini müzakirəsi zamanı fikirlərini bölüşərkən deyib.
Millət vəkili əlavə edib ki, Azərbaycan dilinin izahlı lüğətində “məhdud” sözünün mənası bu formada verilir- “az”, “cüzi”. Qüdrət Həsənquliyev diqqətə çatdırıb ki, buna görə burada “kor” sözünü “görmə qabliyyəti tam məhdud olan şəxs”lə əvəz edirik: “Burada “məhdud” sözünün əvəzinə “az”, “cüzi”, “tam az”, “tam cüzi” yazsaq o mənanı ifadə etmir. Ona görə ki, “kor” dedikdə əvvəllər görmə qabiliyyəti olmayan başa düşülürdü. Mən hesab edirəm ki, burada “görmə qabiliyyəti tam məhdud”, “tam az”, “tam cüzi olan şəxs” yox, “görmə qabiliyyəti olmayan”, “görmə qabiliyyəti məhdud olan” terminlərdən istifadə olunmalıdır”.
Millət vəkili həmçinin “bir məsələyə də diqqət yetirmək istəyirəm”,-deyə çıxışını davam etdirib: “Xatırlayıram ki, Anna Akopyan-Ermənistan baş nazirinin həyat yoldaşı Şuşaya gəlib, orada uzanıb, gülə-gülə hərbi palar geyinib, əlndə avtomatla bizə acıq verəndə əri ilə, əri də deməyim, həyat yoldaşı ilə yallı gedəndə mən o zaman müsahibələrimin birində “Paşinyanın arvadı” sözü işlətmişdim. Və mən hesab etmirəm ki, ona xüsusi hörmət ifadə etməli idim. Bundan sonra mətbuatda sözsüz ki, bəzi hallarda ədəbsiz formada ciddi tənqid olundum ki, niyə Qüdrət Həsənquliyev Paşinyanın arvadı sözünü ifadə edib. Halbuki Azərbaycan Respublikasının keçmiş Prezidentinin ailə üzvlərinin maliyyə təminatı haqqında konstitusion qanun var. Orada da “prezidentin arvadı”, “prezidentin əri” ifadələrindən istifadə olunur. Yəni bizim Mülki Məcəllədə, mülki qanunvericilikdə “ər-arvad” bir termin kimi istifadə olunur. Amma dilimizdə biz, sözsüz ki, “həyat yoldaşı”, kişidirsə onun həyat yoldaşı haqqında “xanımı” ifadəsini istifadə edirik. Ona görə, mən təklif edirəm ki, necə ki, “kar”, “kor” sözünü dəyişirik, eyni qaydada da biz qanunvericiliyimizə baxaq və orada da müvafiq dəyişiklik edək ki, məsələn keçmiş prezidentin həyat yoldaşı ifadəsi istifadə olunsun. Əgər, o kişidirsə həyat yoldaşı kimi onun xanımından, prezident qadındırsa yenə də kişi kmi həyat yoldaşından söhbət gedəcək. Yaxud “həyat yoldaşı” sözünü “ər”, “xanım” sözünə münasibətdə istifadə etmək olar. İnternetdə axtarış versəniz görərsiniz ki, cəmiyyətdə artıq ər-arvad sözündən az istifadə edilir, daha çox həyat yoldaşı sözündən istifadə olunur”.