• 27 Dekabr 2024
logo
Prezident İlham Əliyev Donald Trampın Azərbaycanın enerji strategiyasına daim qətiyyətli dəstəyini xüsusi qeyd edib

Prezident İlham Əliyev Donald Trampın Azərbaycanın enerji strategiyasına daim qətiyyətli dəstəyini xüsusi qeyd edib

Siz birinci prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə, əməkdaşlığımızın davamlı və ardıcıl inkişafına böyük diqqət ayırırdınız.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş Prezidenti Donald Trampa ünvanladığı məktubda bildirilib.

"Məmnunluqla qeyd etmək istərdim ki, bu dövr ərzində qarşılıqlı etimad və dəstəyə əsaslanan tərəfdaşlığımız, o cümlədən bir sıra mühüm sahələrdə, xüsusilə də qlobal çağırışlara və terrorizmə qarşı mübarizədə, beynəlxalq sülhün və təhlükəsizliyin gücləndirilməsində, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində birgə fəaliyyətimiz dinamik və yüksələn xətt üzrə inkişafı ilə səciyyələnirdi. Azərbaycanın enerji strategiyasına Sizin daim qətiyyətli dəstəyinizi xüsusi qeyd etmək istərdim", - məktubda deyilir.