Azərbaycanın Xarici İşlər Nazirliyi 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə “X” sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edib.
Paylaşımda deyilir:
“9 Noyabr - Dövlət Bayrağı Günündə, Azərbaycan Respublikasının müstəqilliyinin və suverenliyinin rəmzi olan, Azərbaycan xalqını azadlıq və milli-mənəvi dəyərlər ətrafında möhkəm birləşdirən üçrəngli bayrağımızın hər zaman yüksəklərdə dalğalanmasını arzu edirik.
Bayraq Günümüz mübarək!”.