• 14 Yanvar 2025
logo
Azərbaycan XİN Gürcüstana başsağlığı verib

Azərbaycan XİN Gürcüstana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstana başsağlığı verib.

Bu barədə Azərbaycan XİN sosial mediada paylaşım edib.

"Gürcüstanın Abxaziyanın Qali rayonunda beş uşağın həyatına son qoyan faciəli yanğın bizi dərindən kədərləndirdi. Dəhşətli hadisədən zərər çəkmiş ailələrə və dost Gürcüstana dərin hüznlə başsağlığı veririk", - paylaşımda qeyd edilib.