• 14 Yanvar 2025
logo
Seçim tələsi

Seçim tələsi

Hər kəs uşaqlıqda heç olmasa bir neçə dəfə nağıl oxuyub və ya ən azından bu nağılları onlar üçün oxuyublar. Əlbəttə ki, nağıllar təsirsiz olmur; ilk dəyərlər sistemi, dünyaya baxış-bucağı və mental düşüncə tərzi məhz həmin nağılların təsiri altında formalaşır. Bəzilərinin, xüsusilə də siyasətdə özlərinə yer “qoparmış”şivənşünasların davranışına baxanda onu da müşahidə edə bilərik ki, yaşları artıq çoxdan uşaqlıq dövrünü keçməsinə baxmayaraq, onların müasir dünyaya baxışları “böyüməyib”, düşüncə tərzləri isə hələ də həmin o nağıllarıxatırladır.

Uşaq nağıllarında ən çox rast gəlinən bədi fəndin(üslub) yolayrıclarında seçimlərlə bağlı olmasını hər birimiz xatırlayırıq. Məsələn, “sağa dönərsən başına filan işlər gələcək, sola dönərsən filan hadisələr yaşana bilər” və buna bənzər seçimlərə əksər nağıllarda rastlaşmaq olar. Bu cür cümlələrin şüuraltı təsiri və ya manipulyasiya effekti ondan ibarətdir ki, seçim qaçılmazdır və prosesdə sənin özünə məxsus ləyaqətli seçimin olmazsa, istənilən seçim uğursuzluğa düçar olmağa məhkumdur. Bu cür “nağılların” təsirində qalan siyasətçilər yönəldilən olur və onların öz yolu, öz dəst-xətti olmur. Siyasətdə analoji düşüncə və yanaşmadan istifadə olunması cəmiyyət və dövlət üçün real təhdidlər yarada bilər. Siyasətdə bilərəkdən tərəf müqabilini uğursuz seçimə təhrik etmək və ya cəmiyyəti nəyin bahasına olursa-olsun, istənilən seçimin uğursuz olacağına inandırmaq cəhdləri bilavasitə qərəz və məkrli niyyətlərin aşkar təzahürüdür. Bu cür davranış bilavasitə siyasi əxlaqsızlıqdır. Odur ki, analoji siyasət açıq manipulyasiyadır və yalnız “çirkli oyun” adlandırıla bilər.

Müqayisələr təsadüfi deyil, bu cür analogiyaaparılmasının səbəbi və təyinatı var. Qərəzli manipulyasiyaların qurbanına çevrilməmək üçün mürəkkəb siyasi gedişlərin bəzən çox bəsit müqayisələr vasitəsilə izah və ifşa olunması mümkündür. Müxtəlifqüvvələrin siyasi sifarişlərini yerinə yetirən sosial şəbəkə “cəngavərlərinin”, əslində isə ipləri başqalarının əllərində olan marionet kuklaların son dövrdəki davranış və ritorikalarının məzmununa diqqət yetirin. Məlum təyyarəqəzası ilə bağlı yaşanmış hadisələrdən və unudulmaz faciədən sonra onların ritorikası tamamilə “azğınlaşıb”. Açıq-aydın görünən odur ki, onlar bu hadisə vasitəsilə cəmiyyətdə yaşanan emosiyalardan müəyyən məqsədləristifadə etmək istəyirlər. Təkrarlamalıyıq, bu artıq siyasət deyil, xalis mənəviyyatsızlıqdır. İnsan faciəsinin siyasi maraqlar naminə istifadə olunması bilavasitə siyasi əxlaqsızlıqdırsa, öz şəxsi maraqları naminə faciədən istifadə olunması da mənəviyyatsızlıqdır. Əlbəttə ki, bu cür davranış bilavasitə ucuz demaqogiya və siyasətbazlıqdan başqa bir şey deyil. Əslində onların siyasi “bacarıqları” məhz bunlarla yekunlaşır.

Təhrikedici davranış, manipulyasiya, qalmaqal ovu, təxribatlar və şantaj – bunlardır xəstə siyasi təfəkkürün əsas alətləri. Kimsə son dövrdə onlardan hansısa faydalı, dərin məzmunlu və müasir siyasi fikri zənginləşdirə biləcək heç olmasa bircə ifadə eşidibmi? Əksinə, müraciət etdikləri ritorika sayəsində sosial şəbəkələr artıq vəhşi cəngəlliyə bənzəyir. Ən pisi də odur ki, bu cür yanaşma və bu cür düşüncə tərzi artıq normaya çevrilir. Əgər bu cür kontentlər yaxın dövrlərdə üstünlük təşkil edərsə, təsəvvür etmək çətindir ki, milli siyasi fikir bir neçə il sonra hansı qaranlıq quyuların bilinməyən sularında qərq ola bilər.

Bilavasitə yazının adına qayıdaraq, radikal və təhrikedici ritorikanın cəmiyyət, dövlət və dövlətçilik üçün çox təhlükəli hesab olunan bir xüsusiyyətinə diqqət yetirək.Yuxarıda qeyd etdiyimiz nağıllarda olduğu kimi, davamlı şəkildə aparılan siyasi manipulyasiyaların təsiretməalqoritmi də eyni sosial-psixoloji mexanizmə hesablanıb.Əvvəla “sağa dönərsən başına filan işlər gələcək, sola dönərsən filan hadisələr yaşana bilər” – kimi cümlələr ilk növbədə hadisələrin gedişatından asılı olmayaraq tənqid üçün əsas yaradır, ikincisi isə hərəkətsizlik və passivliyi təhrik edir. Hərəkətsizlik və passivlik isə öz növbəsində yenə də tənqidlərə səbəb yaradır. Qlobal siyasət müstəvisində isə seçimin məzmunundan asılı olmayaraq biryönlü seçim edilən zaman əks tərəf dərhal rəqibə çevrilir və mövqe zəifləşir. Dolayısilə bu cür siyasət dünyanı siyasi düşərgə və qütblərə bölür. Budur qlobal geosiyasətin strateji hədəfi.

Düşmən niyyətli radikal təfəkkür hər zaman bu cür seçim “tələlərindən” istifadə edir. Əslində bu günlərdə dünyada baş verən bir çox hadisələr və müşahidə etdiyimiz tendensiyalar eyniliklə məcburi seçimləri təhrik edirlər. Seçim etməklə isə sən mütləq olaraq dava edən tərəflərin birində dayanmış olursan. Qlobal geostrategiyaların əsas hədəflərindən biri məhz budur. Qütblər arasında seçim etməklə sən aparılan müharibədə öz iştirakını rəsmiləşdirmiş olursan. Qlobal savaş kontekstində isə kiçik ölkələrin zərər çəkməsi demək olar ki, qaçılmazdır. Sözügedən təsbit radikalların təhrikedici ritorikasının əsl səbəb və niyyətini son dərəcədə aydın şəkildə ifşa edir.

Qeyd olunanlar müstəvisində ona da xüsusi diqqət yetirin ki, radikal təfəkkür sahibləri özləri ümumiyyətlə heç nə etmir və heç nəyə görə məsuliyyət daşımaq istəmirlər. Hətta ədəbiyyat tənqidçiləri belə öz peşəkar tənqidlərini aparmaq üçün bədii əsərlə öncədən və dəfələrlə tanış olur, əsaslandırılmış rəylərini hazırlayır. Bu rəylər isə əsəri rədd etmir, əksinə əsərin təkmilləşdirilməsinə xidmət edir. Rasional tənqidin təyinatı bundan ibarətdir. Odur ki, bizim bəlalı demaqoqlarımız rasional və peşəkar müxalifətçilikdən hələ çox uzaqdırlar, məhz elə buna görə də onlar cəmiyyətin rəğbətini qazana bilmirlər. Səksəninci illərin “şparqalkaları” əsasında formalaşmış müxalifətçilik təfəkkürü hələ də eyni “saralmış” təlimatlar əsasında fəaliyyət göstərir. Cəmiyyət artıq bütün bunların fərqindədir.

Nağıllarda olduğu kimi, real həyatda da yalnız qəhrəmanlar və milli maraqları ən ali dəyər kimi qəbul edənlərin öz yolu olur və onları hansısa məcburi seçimə təhrik etmək mümkünsüzdür. Onlar hətta qlobal müstəvidə diqtə olunan seçim tələblərinə baxmayaraq öz müstəqil və ləyaqətli seçimlərini etmək iqtidarındadırlar. Bu artıq peşəkarlıqdır, nəyi, nə zaman etməli olduğunu bilməkdir. Əsl müstəqil və iradəli siyasət məhz budur. Zəif və asılı təfəkkür bunları anlamaz. Bu mənada Prezident İlham Əliyevin növbəti sözləri güclü və müstəqil siyasətin şüarına çevrilə bilər: “Bu gün bizim iradəmizə heç kim təsir edə bilməz". Mövcud məsələlərdə manipulyasiyaların aparılması millətə və dövlətə qarşı xainlikdir.

Asif Adil