İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış və reinteqrasiya” ilə bağlı qanun layihəsi hazırdır, aidiyyəti tərəflərdən müsbət rəy alınıb.
APA xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib.
Komitə sədri bildirib ki, bu layihəni sessiyadan sessiyaya ötürmək məcburiyyətində qalıblar: “Çox təəssüflər edirəm”.
Komitə sədri qeyd edib ki, Ermənistanın işğal olunan ərazilərdə qanunsuz fəaliyyətlərinin nəticələri-təzminat məsələlərinin beynəlxalq hüquqi siyasi dəyərləndirilməsi haqqında müzakirələrin keçirilməsi də komitənin İş Planına salınıb: “Təzminat məsələsi 2 il əvvəl də İş planında var idi, sonra bir az geri planda qaldı. Amma indi təzminat məsələsi dövlətimiz tərəfindən qaldırılır”.