• 14 İyul 2025
logo
Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində hərbi təlimlər keçirir

Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində hərbi təlimlər keçirir

Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında hərbi təlimlərə başlayıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, təlim Ağdamın Uzundərə adlanan ərazisində aparılır.

Təlim zamanı ağır artilleriya qurğularından atılan mərmilərin səsi təmas xəttinə yaxın yaşayış məntəqələrindən eşidilir.

Hazırda təlim davam edir.