Bu gün Bakıda keçirilən iqtisadi əməkdaşlığa dair Azərbaycan-Əfqanıstan işçi qrupunun ilk iclasının yekunları üzrə iki ölkə arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Trend-in məlumatına görə, sənədi Azərbaycan tərəfindən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Əfqanıstan tərəfindən isə İşçi qrupun rəhbəri, prezidentin baş köməkçisi, maliyyə naziri Mohamməd Humayun Qəyumu imzalayıblar