Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Macarıstandakı səlahiyyətli nümayəndəsi Ramiz Əmirli, Macarıstan Respublikasının Ticarət və Sənaye Palatası (HCCİ) - nın Beynəlxalq Əlaqələr şöbəsinin müdiri xanim Dr.Tenine Stark Maria ilə görüşüb. Görüşdə hansı mövzular müzakirə olunub, qarşıda hansı layihələrin gerçəkəşməsi gözlənilir və başqa mövuzlar ətrafında söhbət açmağa çalışmışıq.
- Siz bu gün Macarıstan Respublikasının Ticarət və Sənaye Palatasının Beynəlxalq Əlaqələr şöbəsinin müdiri xanim Dr.Tenine Stark Maria ilə görüşübsünüz. Görüşünüzün məqsəd və səbəbi nə idi?
-Elnur bəy, öncə müsahibənizdən yararlanaraq öz adımdan bütün xalqımı salamlarımı çatdırıram! Görüşümün əsas səbəb və məğzi iki ölkə və onun biznes dairələri arasında qarşılıqlı ticari, iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi, hər iki ölkənin biznes və sənaye əlaqələrinin yenidən qurulması və inkişafi sahəsində əməkdaşlığın müzakirəsi idi. Həm də yaxın zamanlarda Budapeşt şəhərində baş tutacaq Macarıstan Respublikasının Ticarət və Sənaye Palatasının Prezidenti cənab Parraqh Laszlo ilə Azərbaycan Respublikasi Sahibkarlar (İşəgötürənlər) Təşkilatlari Milli Konfederasiyası (ASK) - nın Prezidenti cənab Məmməd Musayevin görüşünün detalları barədə razılaşma idi.
-Belə çıxır ki, siz lobbimizin sədri olmaqla bərabər həm də ASK- nin Macaristanda nümayəndəsisiniz?
-Bəli, mən həm də ASK- nın Macarıstanda nümayəndəsiyəm. İmkanımız çatan hər bir sahədə millətimizin və hökümətimizin Macarıstanla daha sıx əməkdaşlığı üçün yardımçı olmağa çalışaq. Son zamanlar Macarıstan və Azərbaycan arasında iqtisadi inkişafla bərabər elmi və texnoloji əməkdaşlıq da güclənməkdədir.
-Macaristan elmi, texnoloji ölkə olmaqla bərabər həm də aqrar bir ölkədir. Bu sahədə də əlaqələr inkişaf edirmi?
-Bəli, edir. Mən deyərdim ki, bu sahədə əməkdaşlığımız daha genişdir. Çoxlu sayda Macarıstanda Aqrar Universitetdə azərbaycanlı tələbələr təhsil alir. Bunlar hazır bir işçi kimi öz vətənimzə dönürlər. İndi Azərbaycan üçün aqrar sahəni də inkişaf etdirmək çox vacibdir. Macaristandan çoxlu sayda cins heyvanlar da alınır. Baytarlıq sahəsində də geniş əməkdaşlıq var. Macarıstan dövlətinin bankının verdiyi kredit hesabına azərbaycanlı iş adamları öz ölkəmizdə sahibkarlıqla məşgul olurlar, iş yerləri açırlar. Məsələn istixanalar və sair bu tipli müəssələr yaradırlar. Bunlar da hamısı iş yeri deməkdir.
-Yaxın zamanda hər iki ölkənin daha six əməkdaşlığı üçün hansı məqsədlər daha öndədir?
-Hər iki ölkənin səlahiyyətli nümayəndələrinin görüşü, tərəflər arasında anlaşma memorandumun imzalanması və bu anlaşmaya bir necə vacib məsələlərin salınması gözlənilir. Yaxşı olardı ki, Budapeştdə də Azərbaycan Ticarət Evi açılsın. Bununla bərabər iki ölkə arasında qadınların və gənclərin sahibkarlıq təşkilatları arasında əməkdaşlıq stimullaşdırılsın. həm də bununla bərabər təcrübə mübadiləsində lazımı köməklik göstərilsin.
Elnur Eltürk