• 10 İyul 2025
logo
Moskvada MDB və Şanxay Əməkdaşlığı Təşkilatının Müdafiə nazirlərinin iclası keçirilir

Moskvada MDB və Şanxay Əməkdaşlığı Təşkilatının Müdafiə nazirlərinin iclası keçirilir

Rusiyada MDB, Şanxay Əməkdaşlığı Təşkilatına üzv dövlətlərin Müdafiə nazirlərinin birgə iclası keçirilir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Moskva vilayətinin Kubinka rayonunda yerləşən Park Patriot Mərkəzində keçirilən iclasda 13 ölkənin Müdafiə Naziri iştirak edir.

Bundan başqa, birgə iclasa MDB-nin İcraiyyə Komitəsinin katibi Nikolay Lebedev və KTMT-nin baş katibi Stanislav Zas qatılıblar.
Azərbaycanı tədbirdə Müdafiə Naziri general-polkovnik Zakir Həsənov təmsil edir.