Pakistan səfiri Ermənistan silahlı qüvvələrinin Gəncəni atəşə tutmasını pisləyib
Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Ermənistan silahlı qüvvələrinin Gəncəni atəşə tutmasını pisləyib.
Bu barədə diplomat "Twitter"də bildirib.
"Dualarımız Gəncə əhalisi ilədir. Beynəlxalq hüquqa görə mülki əhalini bombalamaq müharibə cinayətidir", - deyə səfir qeyd edib.