Türkiyənin Milli müdafiə naziri Hulusi Akar Azərbaycan xalqını tarixi torpaqlarının işğaldan azad edilməsi münasibəti ilə təbrik edib.
Nazir bildirib ki, Azərbaycan xalqı ədalətli mübarizədə qalib gəlib:
"Qardaş Azərbaycan xalqını ədalətli mübarizədə rəşadətli Qələbə münasibətilə təbrik edirəm!"
H.Akar əlavə edib ki, Türkiyə bütün işğal olunmuş torpaqların qaytarılması prosesində Azərbaycanı dəstəkləməyə davam edəcək.