Azərbaycan və Türkiyə Müdafiə nazirlərinin görüşü keçirilib
Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata gröə, noyabrın 10-da Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akar arasında görüş keçirilib.
Görüşdə Azərbaycan-Türkiyə ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.
XXX
Türkiyə Müdafiə naziri Hulusi Akar, Quru Qoşunları komandanı ordu-generalı Ümit Dündar və Hərbi Hava Qüvvələri komandanı ordu-generalı Hasan Küçükakyüz bu gün Azərbaycan Müdafiə Nazirliyinə gələrək, görüş keçiriblər.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi "twitter" səhifəsində məlumat verib.
Görüş zamanı Hulusi Akar Zakir Həsənovu qələbə münasibətilə təbrik edib.