• 25 May 2025
logo
Azərbaycan və Rusiya Fövqəladə Hallar nazirlikləri Dağlıq Qarabağda humanitar məsələləri müzakirə edib

Azərbaycan və Rusiya Fövqəladə Hallar nazirlikləri Dağlıq Qarabağda humanitar məsələləri müzakirə edib

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanı İlham Abdullayev 20 noyabr 2020-ci il tarixində Şuşa şəhərində Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi Beynəlxalq fəaliyyət departamentinin rəisi Vladimir Solovyovla görüşüb. APA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, görüşdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində humanitar məsələlər, o cümlədən elektrik enerjisi, qaz təchizatı və rabitə xətlərinin bərpası məsələləri müzakirə edilib. Tərəflər əməkdaşlığın davam etdirilməsi məqsədilə mütəmadi əlaqə saxlanılması barədə razılığa gəliblər.