• 7 İyul 2025
logo
Qarabağda itkin düşmüş erməni hərbçilərin yaxınları Putindən kömək istəyir

Qarabağda itkin düşmüş erməni hərbçilərin yaxınları Putindən kömək istəyir

Müharibədə itkin düşmüş erməni hərbçilərin yaxınları Rusiyanın Ermənistandakı səfirliyinin qarşısına toplaşıblar.

APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, itkin düşmüş hərbçilərin valideynləri bildiriblər ki, onlar övladlarının tapılması üçün Rusiya Prezidenti Vladimir Putindən kömək istəyirlər.
Səfirliyin önünə toplaşan şəxslər Rusiya səfirinin köməkçisi ilə görüşərək, ona Rusiya Prezidentinə ünvanladıqları məktubu təqdim ediblər.

Qeyd edək ki, itkin düşmüş hərbçilərin yaxınlarına Azərbaycanın nəzarəti altında olan ərazilərdə aparılan axtarış əməliyyatlarında iştirak etməyə icazə verilib.