“Hazırda dünyada ən uğurlu peyvəndləmə aparan ölkə Türkiyədir”. Bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, ölkədə indiyə qədər peyvənd olunanların sayı 7 milyon yarıma çatıb. “Peyvəndləməni ciddi və qətiyyətli şəkildə davam etdiririk”, - deyə Türkiyə Prezidenti vurğulayıb.