Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn aydan turizm sahəsinin pandemiyadan əvvəlki vəziyyətinə qayıdacağına inandığını bildirib. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Türkiyə Prezidenti deyib ki, pandemiya ilə mübarizədə əldə edilən müsbət tendensiya nəticəsində apreldə turizmin maneəsiz və etibarlı şəkildə başlayacağına inanır.