Notariat haqqında” Qanuna edilmiş dəyişikliklərlə bağlı onlayn brifinq keçirilib
Vətəndaşların ədliyyə orqanlarına əlçatanlığının təmin olunması, əhalinin ədliyyə fəaliyyəti barədə mütəmadi məlumatlandırılması məqsədilə həm vətəndaş cəmiyyəti nümayəndələrinin, həm də KİV-lərin, eləcə də Ədliyyə Nazirliyinin rəsmi saytlarının və sosial şəbəkələrdəki səhifələrinin imkanlarından geniş istifadə olunması işi davam etdirilir. Bu baxımdan dövlətimizin başçısının tapşırıqlarının icrası istiqamətində xüsusi karantin rejimi dövründə nazirliyin rəsmi "Facebook" səhifəsində davamlı olaraq ədliyyənin ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə canlı yayımların keçirilməsi də əhalinin hüquqi maarifləndirilməsi işində mühüm rol oynayır.
Rezonans.az xəbər verir ki, bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində martın 5-də Ədliyyə Nazirliyi tərəfindən "Notariat haqqında" Qanuna edilmiş dəyişikliklər" mövzusunda onlayn qaydada brifinq təşkil olunub.
Brifinqdə iştirak edən Azərbaycan Notariat Palatası İdarə Heyətinin sədri, 2 saylı Bakı "ASAN xidmət" mərkəzində xüsusi notarius Hüseyn Məmmədov, nazirliyin Qeydiyyat və notariat baş idarəsi Dövlət reyestrləri idarəsinin rəisi Seymur İsmayılov notariat fəaliyyəti, son zamanlar bu sahədə aparılan köklü islahatlar barədə ətraflı məlumat veriblər.
Bildirilib ki, pandemiya dövründə nazirlik tərəfindən müasir innovasiyalar və informasiya-kommunikasiya vasitələrindən istifadə edilməklə bütün fəaliyyət istiqamətləri üzrə vətəndaşlara hüquqi yardım göstərilir. Bütün bunlar vətəndaşlıq məmnunluğunu təmin etmək və əhaliyə layiqincə ədliyyə xidməti göstərmək məqsədi daşıyır. Notariat isə Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş vətəndaşların hüquq və qanuni mənafeyinin hüquqi müdafiəsinin etibarlı təminatçısıdır.
Digər xəbərlər
26 Aprel 2024 18:48
1 589
26 Aprel 2024 18:30
1 323
26 Aprel 2024 18:29
1 302
26 Aprel 2024 18:27
1 323
26 Aprel 2024 17:55
1 330
26 Aprel 2024 17:47
1 659
26 Aprel 2024 17:45
2 009
26 Aprel 2024 16:34
1 330
26 Aprel 2024 16:33
1 344
26 Aprel 2024 16:30
1 358
26 Aprel 2024 16:29
1 323