• 1 İyul 2025
logo
“Qafqaz Qartalı - 2019” təlimində atış çalışmaları keçirilib

“Qafqaz Qartalı - 2019” təlimində atış çalışmaları keçirilib FOTO

Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin əldə etdikləri razılığa əsasən, Bakıda keçirilən "Qafqaz Qartalı - 2019" birgə təlimi çərçivəsində xüsusi təyinatlı qüvvələr avtomat, tapança, snayper tüfəngi və birdəfəlik qumbaraatanlardan xüsusi atış çalışmaları yerinə yetiriblər. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, qarışıq atəş qrupları tərkibində icra edilən atışlar zamanı xüsusi təyinatlılar yüksək peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulan tapşırıqları uğurla icra ediblər.