• 27 Dekabr 2024
logo
Ermənistanın bütün hərbi-siyasi və mənəvi-ideoloji sistemi tamamilə məhv olub”

Ermənistanın bütün hərbi-siyasi və mənəvi-ideoloji sistemi tamamilə məhv olub”

Hikmət Babaoğlu: “Terrorçu ölkənin acı məğlubiyyəti bağlı məsuliyyəti heç kim öz üzərinə götürmk istəmir”

“Azərbaycan Ermənistanı 44 günlük müharibədən sonra o qədər ciddi məğlubiyyətə uğradıb ki, bu ölkənin bütün hərbi-siyasi və mənəvi -ideoloji sistemi tamamilə məhv olub . Onu bərpa etmək ya ümumuyyətlə mümkün olmayacaq ya da olduqca çətin və gec baş tutacaq”. Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib. Millət vəkili əlavə edib ki, ona görə də mövcud vəziyyətdə nə terrorçu ölkənin acı məğlubiyyəti nə də onun gələcəyi ilə bağlı heç bir məsuliyyəti heç kim öz üzərinə götürmk istəmir: “Çünki vəziyyətin çıxılmaz və ağır olduğunu hamı dərk edir. Ona görə də baş nazir Paşinyan özündən əvvəlki siyasi komandanı yaxud ona qədərki bütün hakimiyyət təmsilçilərini, onlar isə Paşinyanı ittiham edir, satqın adlandır, Ermənistanı dağıtmaqda suçlayır. Əslində isə Ermənistanın bu vəziyyətə düşməsi onun işğalçılıq siyasəti həyata keçirməsi, terroru və faşizmi dövlət siyasətinə çevirməsi ilə əlaqədardır ki, bu işdə də keçmiş və indiki hakimiyyətdən tutumuş, ermənilər üçün ideoloji və siyasi strategiyanı təyin edən bütün təşkilat və mərkəzlərin suçu var. Ona görə də ermənilər faktiki olaraq onlara düzəldilib verilən süni dövlətlərini itirmək təhlükəsi ilə üz-üzə qalıblar. Yəni ermənilərin bu ağır məğlubiyyətə düçüar olamalarında “Asala” “Daşnaksütyun” və.s kimi terror təşkilatlarından başlamış Ter-Petrosyana qədər, Sarkisyandan başlamış mənfur Köçəryana qədər hamısıın günahı var. Ter-Petrosyanla Paşinyanın ideoloji yaxınlığına gəldikdə isə deyə bilərəm ki, ermənilərin ümüumi milli ideologiyaları türk-müsəlman düşmənçiliyi və terrordur. Yerdə qalan nə varsa artıq yalançı siyasi təfərrüatdır .Ermənistanın yeganə perespektivi Azərbaycanın humanizminə sığınaraq tarixi ədalətin bərpa edilməsinə mümkün qədər az mane olması ola bilər. Yəni Qarabağ da daxil olmaqla İrəvandan Zəngəzura, Göyçədən Lori-Pəmbəyə qədər tarixi ədalət bərpa olunmalıdır”.

Əli Zülfüqaroğlu