““İstanbul kanalı” üzərindən 6 və ya 7 körpünün inşası nəzərdə tutulub”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
O qeyd edib ki, ilk körpünün təməli iyun ayında qoyulacaq.
Türkiyə Prezidenti vurğulayıb ki, bu istiqamətdə aidiyyəti nazirliklər fəaliyyətə başlayıb.