• 27 Dekabr 2024
logo
Merkel: “Dövlətlərin suverenliyi və bütövlüyünün Krım və ya Dağlıq Qarabağda olduğu kimi, şübhə altına alınması fundamental dəyərlərimizə ziddir”

Merkel: “Dövlətlərin suverenliyi və bütövlüyünün Krım və ya Dağlıq Qarabağda olduğu kimi, şübhə altına alınması fundamental dəyərlərimizə ziddir”

“Qaydalara söykənən düzən də eyni zamanda dinc birgəyaşayış üçün vacib şərtdir. Dövlətlərin suverenliyi və ərazi bütövlüyünün şübhə altına alınması və ya pozulması, necə ki, Krımda və ya Dağlıq Qarabağda bunun şahidi oluruq, ümumi fundamental dəyərlərimizə ziddir”.

APA-nın məlumatına görə, Almaniya Kansleri Angela Merkel Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasının bu gün keçirilən iclasında çıxışında deyib.

Kansler bildirib ki, Avropa Şurası bu məsələdə həlledici rol oynaya bilər: “Avropa Şurası bu məsələdə həlledici rol oynaya bilər, ancaq yalnız Avropa Şurasının bütün qurumları sıx şəkildə əməkdaşlıq edərsə...”