Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə yeni rəhbər təyin edilib.
Türkiyənin XİN-in İnformasiya Baş İdarəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, nazirliyin yeni sözçüsü Tanju Bilgic təyin edilib.
Qeyd edək ki, Türkiyə XİN-nin keçmiş sözçüsü Hami Aksoy Macarıstanın Türkiyədəki səfiri təyin edilib və aprelin 1-dən bu vəzifəsini icra edir.