• 26 Dekabr 2024
logo
Paşinyanın səfəri zamanı etirazların baş verdiyi Mehrinin meri barəsində cinayət işi başlanıb

Paşinyanın səfəri zamanı etirazların baş verdiyi Mehrinin meri barəsində cinayət işi başlanıb

Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən gün səfəri zamanı etirazların baş verdiyi Mehri şəhərinin meri Mxitar Zakaryan barəsində cinayət işi başlanıb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan İstintaq Komitəsinin rəsmisi məlumat verib.

Mehri şəhərinin meri barəsində Ermənistan Cinayət Məcəlləsinin 258-ci maddəsinin 1-ci və 3-cü bəndləri (xuliqanlıq, bir qrup şəxs tərəfindən ictimai asayişin qəsdən pozulması), 316-cı (hökumət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələri ilə cinayət işi başladılıb.

M. Zakaryanın vəkili Qayane Papoyan bildirib ki, mer polisin müşayiəti ilə paytaxt İrəvana gətirilib.