“Bura gəlmişəm ki, nələr baş verdiyini öz gözümlə görüm. Bunlara qiymətimizi verəcəyik”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu fransalı hüquqşünas, xanım Elise Arfi Ermənistanın Gəncədə atəşə tutduğu ərazilərə baş çəkən zaman deyib.
O bildirib ki, bu məsələ ilə bağlı nə edə biləcəklərinə baxacaqlar: “İstərdik ki, bu məsələ beynəlxalq səviyyəyə çıxsın. Bizim məqsədimiz hər hansı hüquqi proseslərə başlamaqdır”.