“ABŞ administrasiyası erməni lobbisinin oyuncağı olmaqla, tarixi xətaya yol verdi”.
APA-nın yerli bürosuna Türkiyənin Azərbaycandakı keçmiş səfiri, diplomat Hulusi Kılıç ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələrini soyqırımı olaraq dəyərləndirməsinə mövqe bildirərkən bunu deyib.
Diplomatın fikrincə, siyasətçilərin tarixçilərin yerini tutması xəyanətdir: “Bu qərarın heç bir hüquqi əsası yoxdur. Tarix siyasət alətinə çevrilə bilməz. Bu açıqlamanın hüquqi əsası yoxdur. Təəssüf. Bu bəyanat Türkiyə-Ermənistan münasibətlərinə zərər verəcək və bölgədəki vəziyyəti daha da gərginləşdirəcək”.
Optimal Sərfəlidir
H.Kılıç bildirib ki, ABŞ NATO-dakı müttəfiqi Türkiyəyə qarşı bu münasibətlə 300 milyonluq türk dünyasına qarşı çıxıb: “ABŞ Adminstrasiyasının bu tarixi xətadan geri çəkilməsini gözləyirik”.
Diplomat ABŞ rəhbərliyinin əsassız bəyanatına qarşı Azərbaycan-Türkiyə həmrəyliyindən məmnunluğunu da bildirib.