Los Ancelesdə ermənilər tərəfindən azərbaycanlılara qarşı zorakılığa çağırış səsləndirilib - VİDEO
Dünən Los Ancelesin mərkəzində Ermənistan Gənclər Federasiyasından və Amerika Erməniləri Milli Komitəsindən olan radikal daşnak ermənilər Azərbaycan bayrağına bükülmüş manekeni etnik zorakılığa çağırışlarla "edam" ediblər.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu "Twitter"də paylaşım edib.