• 26 Dekabr 2024
logo
Ukraynanın Rusiyadakı səfirliyinin əməkdaşı “persona non qrata” elan olunub

Ukraynanın Rusiyadakı səfirliyinin əməkdaşı “persona non qrata” elan olunub

Ukraynanın Rusiyadakı səfirliyinin əməkdaşı “persona non qrata” elan olunub.

APA-nın Rusiya Xarici İşlər Nazirliyinin (XİN) saytına istinadən verdiyi xəbərə görə, bununla bağlı nota Ukraynanın Moskvadakı səfirliyinə göndərilib.

Ukraynalı diplomat aprelin 30-u günün sonuna qədər Rusiya Federasiyasını tərk etməlidir.
Xatırladaq ki, aprelin 19-da Ukrayna XİN Rusiyanın bu ölkədəki səfirliyinin əməkdaşını “persona non qrata” elan edib.