Bu gün ikitərəfli münasibətlərin və ticarətin inkişafına həsr edilmiş İsrail-Azərbaycan Hökumətlərarası komissiyasının ikinci iclası keçirilib.
Bu barədə İsrail xarici işlər naziri Qabi Aşkenazi "Twitter" hesabında məlumat verib.
"Biz Azərbaycanla mühüm münasibətlərin inkişafı üzərində işləməyə və onları yeni sahələrdə genişləndirməyə davam edəcəyik", - Xarici İşlər Nazirliyinin başçısı deyib.
Bu il İsraildə Azərbaycanın rəsmi Turizm və Ticarət Bürolarının açılışının planlaşdırıldığını qeyd edən Q.Aşkenazi bunu alqışladığını bildirib.
Tərəflər Azərbaycanın İsrailin (koronavirusa qarşı) peyvənd sertifikatını tanıması və həmin ölkədən olan turistlərinin Azərbaycana gəlişinin bərpa olunması imkanlarını da müzakirə ediblər.