Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən indiyədək Qubadlı rayonu ərazisində 3 milyon 600 min kvadrata yaxın ərazi mina və parlamamış hərbi sursatdan (PHS) təmizlənib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, bunu ANAMA-nın EOD əməliyyat qrupunun bölmə rəisi Bəhruz Namazov deyib.
B. Nanazov bildirib ki, əməliyyatlar zamanı görülmüş təhlükəsizlik tədbirləri nəticəsində hər hansı parlayış və bədbəxt hadisə baş verməyib.