• 15 Yanvar 2025
logo
Pakistanın mətbuatında Ermənistan ekoloji cinayətləri haqqında məqalə dərc olunub

Pakistanın mətbuatında Ermənistan ekoloji cinayətləri haqqında məqalə dərc olunub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş departamentinin müdiri, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Davamlı inkişafın planlaşdırılması və idarə edilməsi kafedrasının dosenti Fuad Hümbətov Pakistanın nüfuzlu Thefortress.com.pk informasiya agentliyində Ermənistan tərəfindən Azərbaycan Respublikasına qarşıtörədilmiş ekoloji cinayətlər haqqında məqaləsi dərc olunub. (http://thefortress.com.pk/environmental-crimes-of-armenia-against-the-republic-of-azerbaijan/?fbclid=IwAR1Fncsofu7OUKp8daq1MJEsm7Onw_Hgp5Lp-mg9NbrG1qbppFKxaJib4Zg)
Məqalədə Ermənistan tərəfindən XX əsrin 90-cı illərindən başlanılan münaqişə zamanı Azərbaycana qarşı həyata keçirilmiş işğalçılıq siyasəti zamanı Azərbaycanın ekoloji təhlükəsizlik sisteminə vurulmuş ziyan beynəlxalq münasibətlər kontekstində qiymətləndirilib. Eyni zamanda mühüm faktlara toxunulub:
Ermənistanın 30 ilə yaxın Dağlıq Qarabağ və ətraf rayonları işğal altında saxlamaqla beynəlxalq birliyin nəzarətindən kənar bölgəyə çevrilən bu ərazilərdə qanunsuz fəaliyyətlə, o cümlədən təbii sərvətlərin talan olunması, bütünlükdə regionun su ehtiyatlarının çirkləndirilməsi, bütün flora və faunasının məhvi, narkotik vasitələrin əkilib-becərilməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması və s. beynəlxalq humanitar hüququn kobud pozulması və ekoloji cinayətlərin tərkibini formalaşdırıb. Belə ki, Ermənistan işğal etdiyi ərazilərdəki çayları və bütünlükdə regional əhəmiyyətli su ehtiyatlarını, onların mənbələrini çirkləndirmiş, su anbarlarından cəbhəboyu yaşayan əhalinin istifadəsinə imkan verməyib və bununla nəinki yaxınlıqda məskunlaşan əhali üçün eləcə də Azərbaycan Respublikasının digər bölgələrindəki əhalinin normal yaşayışı üçün ciddi təhlükə yaradıb. Bununla yanaşı, suya tələbatın daha çox olduğu əkin-biçin mövsümündə su anbarlarının qarşısı kəsilərək sudan istifadədə maneələr yaradılıb, kəskin su çatışmazlığı torpaqların deqradasiyası ilə nəticələnib. Əksinə, suya az ehtiyac olan mövsümlərdə isə erməni işğalçı rejimi tərəfindən qəsdən su anbarlarından fermer təsərrüfatlarına, sahələrə, otlaqlara, əkin sahələrinə böyük həcmdə suyun buraxılması Azərbaycan Respublikasının digər ətraf rayonlarındakı torpaqlarına, təsərrüfatlarına ciddi ziyan vurub. Bu və erməni silahlı qüvvələrinin aşağıda detallı surətdə təsvir edilən əməlləri dünya ictimaiyyəti və müvafiq beynəlxalq hüquqi instansiyalar tərəfindən ekoloji müharibə cinayəti kimi təsnif edilməlidir, çünki onların işğal etdikləri ərazilərdə əsas məqsədi Azərbaycan Respublikasının hərbi, iqtisadi potensialını zəiflətmək üçün ekoloji stabilliyinə ciddi zərər yetirmək, ətraf mühiti tam və ya qismən məhv etmək, hətta orada ağır sosial-iqtisadi nəticələrə səbəb ola biləcək ekoloji fəlakət doğurmaqdan ibarətdir.
Eyni zamanda, Azərbaycanın nəzarətsiz qalmış ərazilərində Araz çayı və onun qollarının məqsədyönlü çirkləndirilməsi, flora və fauna növlərinin məhv edilməsi baş vermiş, bununla da həm bölgənin ekoloji sabitliyinə ciddi zərər yetirilib və eyni zamanda ölkəmizin qeyd olunan yaxın bölgələrində yaşayan əhalisinin həyat və sağlamlığına xələl dəyib. Bununla yanaşı, işğal altında saxlanılan bölgələrdə Azərbaycan Respublikasının mineral-xammal ehtiyatlarının qanunsuz mənimsənilməsi baş verib.
Ermənistan tərəfindən növbəti ekoloji müharibə aktının qurbanı Azər-bay¬ca¬n Respublikasında işğal olunmuş və ermənilərin hərbi hissələri yerləşdirilmiş Gü¬lüs¬tan və Talış kəndlərindən keçən, mənbə¬yini Murov dağın¬dan götürən İnciçay olub. Belə ki, 19 noyabr 2010-cu il tarixin¬də bu çayda kəskin çirklənmə müşahidə edilib, Tapqa¬raqoyunlu kənd sakinləri tərə¬findən onların yeganə su mənbəyi olan İnciçayda gündüz saat 14:00-15:00 radələrindən başlayaraq çay suyunun qatı köpüklərlə axması müşahidə olunub və bu barədə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 13 saylı Ərazi Eko¬lo¬giya və Təbii Sərvətlər Şöbəsinə (Goranboy, Naftalan, Samux, Daş¬kəsən, Göygöl) məlumat verilib. Ekoloji zərərin yerində qiymət¬ləndirilməsi məqdəsilə Nazirliyin mütəxəssislərindən ibarət operativ qrup yaradılmış və qrup tərəfindən qısa müddət ərzində həmin su obyektində birbaşa mobil cihazlar vasitəsilə ölçmə işləri görü¬lüb. Götürülmüş su nümunələrində zərərli kimyəvi maddələr üzrə nazirliyin mərkəzi analitik labora¬toriyasında analizlər apa¬rılmış və nəticədə çay suyunun keyfiyyətinin ciddi dərəcədə pisləşməsi qeydə alınıb. Müvafiq araşdırma və təhlillər göstərib ki, hidrokarbonatlı su qrupundan olan İnciçayın suyunda hidrogen göstəricisi kəskin enərək qələvi mühitdən turş mühitə keçib, suyun oksigen reji¬mi xeyli pozulub. Bu nəinki adı çəkilən çayda, eləcə də regionda flora və fauna nümunələrinin kütləvi məhvinə səbəb olan ciddi ekoloji zərərdir.
Analoji vəziyyət Azərbaycanın Qazax rayonunun Cəfərli kəndində yerləşən Ağstafaçay su anbarında da qeydə alınıb. 1969-cu ildən istismara verilmiş anbar Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarının 57 min hektar əkin sahələrinin suvarılmasında və Qazax rayonunun əhalisini içməli su ehtiyaclarını ödəmək üçün istifadə edilir. Anbarın suyunu təmin edən çaylar isə Ermənistanın İcevan rayonunda yerləşən Bentonit-gil, Tütün Fermentasiya zavodu, Xalçaçılıq müəssisəsi və Dilicanda fəaliyyət göstərən hərbi zavod öz tullantıları vasitəsi ilə çirkləndirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə
Milli Monitorinq Departamentinin 6 mart 2015-ci ildə sərhəd çaylarının çirklənmə dərəcəsini öyrənmək məqsədi ilə aparılmış monitorinqlərində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenolun miqdarının Şıxlı-2 məntəqəsində normadan 4,2, Ağstafaçayda 3,6, Ağstafaçay su anbarında isə 4 dəfə çox olduğu aşkarlanıb. Kəskin iyə malik fenol turşusunun tibbdə az miqdarda olmaq şərti ilə dezinfeksiya zamanı istifadə olunduğunu və fenol buxarı ilə nəfəs aldıqda selikli qişanı zədələdiyini, dəriyə təmas olduqda ağır yanıqlar əmələ gətirdiyini, qida yoluna düşdükdə isə qaraciyər və böyrəkləri zədələdiyini nəzərə alsaq, təhlükənin nəticələrini müəyyən etmək elə də çətin deyil. Bütün bu əməllər Ermənistan tərəfindən Azərbaycan Respublikasına qarşı faktiki olaraq, ekoloji müharibənin həyata keçirildiyinin faktiki sübutlarıdır.
Əslində bu kimi əməllərin formal olaraq bilavasitə hər hansı dövlətə, o cümlədən Ermənistan Respublikasına aid olmayan və ya onun tərəfindən idarə edilməyən ayrı-ayrı erməni terrorçu təşkilatları tərəfindən həyata keçirildiyi sübut olunarsa, bu əməllər ekoloji terrorçuluq cinayətinin tərkibini də yatarmış olacaq. Bu mənada, 2020-ci ilin noyabr ayının 10-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən uğurla başa çatdırılmış 44 günlük əks-hücum əməliyyatı zamanı darmadağın edilmiş erməni silahlı qüvvələrinin bölgədə qalmış qalıqları və digər erməni terror qruplaşmaları tərəfindən gələcəkdə də Azərbaycan Respublikası ərazisində ekoloji terror aktlarının həyata keçiriləyi istisna edilmir. Obyektiv cəhətdən oxşar olan bu kimi cinayətlərin Azərbaycanın müvafiq hüquq-mühafizə orqanları tərəfindən istintaqı başa çatdırıldıqdan sonra bu cinayətlər barədə materiallar müvafiq beynəlxalq instansiyalara təqdim ediləcək və Ermənistan dövləti, bu cinayətləri bilavasitə təşkil və icra etmiş ayrı-ayrı erməni vəzifəli şəxləri beynəlxalq məsuliyyətə cəlb ediləcəklər. Əlavə edək ki, ermənilərin tarixən terrorçuluğa siyasi, hərbi təsir vasitəsi kimi dəfərlərlə müraciət etməsi yuxarıda sadalanan əməllərin əksəriyyətinin ekoloji terror və ekoloji müharibə kimi tövsüf edilməsinə dəlalət edir.
Qeyd etmək lazımdır ki, Azərbaycan sularına qarşı həyata keçirilən ekoloji terrorçuluq siyasəti balıqçılıq sənayesinin də inkişafına mənfi təsir göstərib. Belə ki, Araz çayı üzərində Azərbaycan və İranın birlikdə inşa etdirdiyi, Naxçıvan ərazisində yerləşən Araz su anbarı hər iki ölkənin balıqçılıq sənayesində mühüm rol oynayır. Çirkli suların, tullantıların birbaşa olaraq ermənilər tərəfindən məqsədyönlü surətdə Araz çayına axıdılması bu su hövzəsinin dərin hissələrində polisaprob (yəni su hövzələrinin dərin qatlarında yaşayan üzvi birləşmələr) orqanizmlərin intensiv inkişafına səbəb olur. Ağır metallar və zəhərli maddələr isə istehlak edilən balıq və digər qida vasitəsilə əhalinin orqanizmini zəhərləyir.
Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən keçirilmiş monitorinqlər nəticəsində müəyyən olub ki, Ermənistan ərazisindən ölkəmizə axıb gələn Ağstafaçay və Xramçay çayları Kür çayına qoşulduqdan sonra Kür sularında müxtəlif kimyəvi birləşmələrin, o cümlədən bu ölkədən axıb gələb Oxçuçay Araz çayına birləşdikdən sonra isə Araz sularında ağır metalların miqdarı normadan 10-30 dəfə artıq olub. Ermənistanın Mehri, Qacaran, Qafan və Dəstəkert dağ-mədən (metalsaflaşdırma) kombinatlarının yüz min tonlarla qatı turş suları, ağır metal duzları və başqa tullantıları Oxçuçayı hədsiz dərəcədə çirkləndirməkdə davam edir. Eyni zamanda, ayrı-ayrı vaxtlarda bu çayda suyun tərkibində misin miqdarı normadan 25-50 dəfə, fenolların miqdarı isə mütəmadi olaraq normadan 6-15 dəfə artıq olub. Ermənistanın ərazisində sənayə tullantıları nəticəsində alüminium, sink, manqan, titan və bismut kimi çirkləndirici elementlərə isə, təəssüf ki, Oxçuçayda artıq uzun müddətdir ki, daim də rast gəlinir.
Bununla yanaşı, erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın inekoloji sisteminə vurulan ən ciddi zərərlərdən biri də 1999-cu ildən başlayaraq Azərbaycanın işğal olunmuş ərazilərində və həmin ərazilərə yaxın sahələrdəki meşələrin və yaşıl örtüyün erməni hərbçiləri tərəfindən sistematik yandırılması olub. Bu məqsədyönlü yanğınlar nəticəsində xeyli torpaq qatı, flora və faunanın nadir növləri məhv edilmişdir. Konkret olaraq, 2006-cı ildə 63414 hektar, 2007-ci ildə 31097 hektar, 2008-ci ildə 380 hektar, 2009-cu ildə 250 hektar ərazi ermənilər tərəfindən yandırılıb. Məsələn, Tərtər rayonun Çaylı və Şıxarxı kəndlərində ard-arda törədilən yanğınlar nəticəsində ümumilikdə, min hektara yaxın ərazi tamamilə yanaraq külə dönmüşdür. Baş verən yanğınlar nəticəsində Azərbaycana milyon dollarlarla ziyan dəymişdir və təəssüf ki, hazırda yeni yanğınların törədilməsi ilə bu rəqəm artmaqda davam edir. Bundan əlavə, erməni hərbçiləri bir zamanlar təmas xəttində yerləşən Ağdam, Füzuli, Cəbrayıl, Tərtər və Xocavənd rayonlarına od vurularaq yandırılmış, on min hektarlarla əraziləri əhatə etməklə, eyni zamanda, digər ərazilərə də yayılanod ətraf mühitə və canlı təbiətə çox ciddi ziyan vurub.
2006-cı ildən başlayaraq mütəmadi olaraq törədilən yanğınlar nəticəsində 110 min hektardan çox münbit torpaqlar məhv olmuşdur və kənd təsərrüfatına ciddi ziyan dəyib.
Bu mənada ekoloji müharibələrin aparılmasını qadağan edən beynəlxalq müqavilə “Ətraf mühitə təsir vasitələrini hərbi və ya hər hansı digər düşmənçilik yönündə istifadəsinin qadağan edilməsi haqqında” Konvensiyadır.Maraqlı cəhət ondan ibarətdir ki, Ermənistan Respublikası da bu konvenisya 15.05.2002 tarixdə qoşulub. Bu Konvensiya BMT Baş Assambleyası tərəfindən 10.12.1976 tarixdə qəbul edilib, 1977-ci ilin may ayının 18-də 33 ölkə, o cümlədən SSRİ tərəfindən Cenevrə şəhərində imzalanıb və 1978-ci ilin oktyabr ayının 5-də qüvvəyə minib.
Ermənistanın üzv olaraq son 30 ildə sistematik surətdə pozduğu bu konvensiyanın əsas predmeti ondan ibarətdir ki, o, müharibə dövründə ətraf mühitin hərbi hədəf və ya hər hansı düşmənçilik hədəfi kimi seçilməsini qadağan edir.