• 1 İyul 2025
logo
Mehriban Əliyeva Tahir Salahovun vəfatı ilə bağlı paylaşım edib

Mehriban Əliyeva Tahir Salahovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq rəssamı Tahir Salahovun vəfatı ilə bağlı rəsmi instaqram səhifəsində paylaşım edib.

Paylaşımda deyilir:
“Tahir Salahov təmizürəkli, səmimi, son dərəcə bacarıqlı və səxavətli insan idi. O, özünün çoxşaxəli istedadı, tükənməz enerjisi, peşəsinə hədsiz sədaqəti sayəsində bütün dünyada sənətsevərlərin böyük və sonsuz sevgisini qazanmışdı. Tahir Salahovun nurlu xatirəsi doğmalarının, həmkarlarının, dostlarının və onun nadir istedadının çoxsaylı pərəstişkarlarının qəlbində əbədi yaşayacaqdır”.