• 30 Dekabr 2024
logo
Baş Prokurorluq MSK tərəfindən daxil olan şikayətləri çox ciddi şəkildə araşdırır

Baş Prokurorluq MSK tərəfindən daxil olan şikayətləri çox ciddi şəkildə araşdırır

Baş Prokurorluq seçki proseduru ilə bağlı Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən daxil olan şikayətləri çox ciddi şəkildə araşdırır.
Bunu Azərbaycan Baş prokurorunun birinci müavini Rüstəm Usubov deyib.
Belə şikayətlərin olmasını təbii hal sayan R.Usubovun sözlərinə görə, bələdiyyə seçkilərində hər bir kəs aktiv iştirak etməlidir: "İnanıram ki, bu seçkiləri də yüksək səviyyədə keçirəcəyik. Azərbaycan siyasi sistemində yerli özünüidarəetməyə xüsusi yer ayrılır. Qanunvericilikdə bələdiyyələrin vəzifələri, onların cəmiyyətdəki rolu müəyyən edilib. Bələdiyyələr bütün sahələrdə lazımi qurum olduğunu təsdiq edə biliblər".