• 13 İyul 2025
logo
“KTMT və Rusiyanın daha ciddi problemi var”

“KTMT və Rusiyanın daha ciddi problemi var”

Əziz Əlibəyli: “Taliban qapıya dayanıb”

“Azərbaycan və Rusiya arasında son proseslər o haqda gedib ki, hər iki dövlətin ali rəhbərliyi 10 noyabr razılaşmasının bəndələrinin tam icrası, bölgədə kommunikasiya xətlərinin açılışı və sərhədlərin demarkasiyasi prosesinin tezliklə bitməsinə tərəfdar olublar”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Əziz Əlibəyli deyib. O, diqqətə çtdırıb ki, ötən ay Azərbaycanda və Ermənistan rəhbərliyinin Moskvaya səfərləri də bu məsələ ilə bağlı yekun münasibəti müəyyən etməkdən ibarət idi: “Amma təəssüflə qeyd etmək lazımdır ki, Paşinyan administrasiyası Fransa və Abş-ın dəstəyi ilə prosesi tormozladi. Rusiyani, KTMT təşkilatını günahlandırdi, erməni ictimai fikrində anti Rusiya siyasəti aparılmağa başladı.
Nəticədə həm Azərbaycan iki nöqtədə - Qarabağda və sərhəddə, Rusiya isə Ermənistanda qayğılar yaşamağa başladı.
Belə bir halda Azərbaycan və Rusiya arasında ziddiyyətlər barədə yazılanlar yox, maraqların kəsişdiyi nöqtədə önə çıxmalıdır.
Sual 2 və 3. Azərbaycan müdafiə nazirliyi rus sülhməramlılarına niyə xəbərdarlıq etdi?
Və ya rus qoşunları niyə Azərbaycan ilə sərhəddə yerləşir?
Birincisi, Nikol Paşinyan demarkasiya prosesinə imkan vermədiyi üçün bu məsələnin həllini Rusiya öz üzərinə götürür, ikincisi, bölgəni fransız və amerikan diplomatlarının "işğalından" azad edir, üçüncüsü, özlərindən asılı qalan erməni ordusunu Paşinyanin silahdaşı olan Müdafiə nazirliyinin əlindən alır.
Qarabağa aid məsləyə gəldikdə, necə ki, 27 sentyabr öncəsi sabiq müdafiə naziri David Tonoyan "Yeni ərazilər" iddiası İrəli sürüb, 44 günlük müharibəyə və məğlubiyyətə səbəb oldusa, indiki nazirin "Azərbaycana qarşı bütün növ silahlı vasitələrdən istifadə" blefi də eyni aqibətə məhkumdur və bu cür diletant Türkiyə ilə müttəfiq Azərbaycan ilə Rusiya arasında ziddiyyətlər doğura bilər.
Amma hazırda Qarabağda postların qurulması yalnız və Azərbaycan üçün yalnız antiterror əməliyyatları üçün presedent yaratmağa hesablanıb.
Azərbaycan üçün isə narahat olmağa heç bir əsas yoxdur, ən çətin vəziyyətdə müharibəni başlayıb, qalib gəlib, İndi isə qarşısında məğlub və ordusunun 30 faizinin itirmiş Nikol Paşinyan var.
Bu arada, KTMT və Rusiyanın daha ciddi problemi var: Taliban qapıya dayanıb. Moskvanın isə İrəvanın sərsəmləmələrinə vaxtı yoxdur”.