• 22 Dekabr 2024
logo
Böyük Britaniyanın Azərbaycan üzrə ticarət elçisi ilə görüş keçirilib

Böyük Britaniyanın Azərbaycan üzrə ticarət elçisi ilə görüş keçirilib

28 oktyabr 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Emma Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirlikdən bildirilib ki, görüşdə plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılması, tullantıların idarə olunması sisteminin təkmilləşdirilməsi və əhalinin bu sahədə maarifləndirilməsi istiqamətində Azərbaycanda görülən işlər barədə məlumat verilib. Eyni zamanda bərpa olunan enerji istehsalının artırılması, dünyada az karbonlu enerjiyə keçidlə bağlı məsələlər müzakirə olunub.