Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko arasında telefon danışığı olub.
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) verdiyi xəbərə görə, telefon danışığı zamanı tərəflər Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarının icrasını müzakirə ediblər.
XİN başçılarının müavinləri ikitərəfli və regional gündəmə dair aktual məsələlər barəsində də fikir mübadiləsi aparıblar.